Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
****
İsrailin Azərbaycandakı səfiri Corc Dik də təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.Bu barədə Corc Dik “X” hesabında paylaşım edib.
“Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok edib və dərin kədərə boğub. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik. İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır. Qurbanların ruhu şad olsun”- deyə paylaşımda bildirilib.
****
Gürcüstan Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib.Bu barədə nazirliyin "X” hesabında paylaşım edilib.
“Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - məlumatda qeyd edilib.
****
Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius də öz növbəsində Azərbaycana başsağlığı verib.Diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun”, - səfir qeyd edib.
****
Fransanın Azərbaycandakı səfirliyi “X” hesabında paylaşım edərək qəzada həlak olanların yaxınlarına başsağlığı verib:“Bu gün Aktau yaxınlığında “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik”.
****
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da Azərbaycana başsağlığı verib.O bu barədə “X” hesabında paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşıladım. Fikrim həlak olanlar, onların ailələri və bu ürəkağrıdan faciədən əziyyət çəkən insanların yanındadır”, - məlumatda qeyd olunub.
****
Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır”, - paylaşımda qeyd olunub.
****
Meksikanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq”, - diplomatik nümayəndəliyin məlumatında bildirilib.
****
Ukraynanın Azərbaycandakı Səfirliyi təyyarə qəzası ilə bağlı başsağlığı verib.Səfirliyin feysbuk hesabında edilən paylaşımda deyilir:
“Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında Qazaxıstan ərazisində qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. İlkin məlumatlara görə, 10-dan çox insan sağ qalıb, onların vəziyyəti ağırdır və onlara köməklik göstərilir. Təəssüf ki, həlak olanlar var.
Mövcud məlumata görə, təyyarədə Ukrayna vətəndaşı olmayıb.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dərin hüznlə başsağlığı verir və Ukraynanın Qazaxıstandakı Səfirliyi ilə razılaşdıraraq, bu dəhşətli təyyarə qəzası ilə bağlı məlumatları dəqiqləşdirir və hadisələri izləyir”.
****
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.Bu barədə səfir “X” hesabında paylaşım edib: “AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı kədərlənir, həlak olanlara və onların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu dəhşətli qəzada yaralananların hamısına şəfa diləyirik”.
****
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.“XİN Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan Respublikası hökumətinə və xalqına Səudiyyə Ərəbistanı Krallığının səmimi başsağlığını bildirir. yaralıların tezliklə sağalmasını diləyir”, - bəyanatda bildirilir.
****
Albaniyanın Baş naziri Edi Rama Azərbaycan və Qazaxıstana başsağlığı verib.“Albaniya adından dostlarımıza və qardaş ölkələrə - Azərbaycan və Qazaxıstana dərin hüznlə başsağlığı verirəm”, - Albaniya Baş nazirinin paylaşımında deyilir.