Yeni Baş prokuror Prezidentə təşəkkür etdi
- 02.05.2020, 01:31,
- Siyasət
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Kamran Əliyev Baş prokuror vəzifəsinə təqdim olunduğu üçün prezident İlham Əliyevə təşəkkürünü bildirib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mayın 1-də Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunan K.Əliyev deyib:
“Möhtərəm cənab Prezident, icazə verin, məni bu çox məsul dövlət vəzifəsinə layiq bildiyiniz üçün Sizə bir daha dərin təşəkkürümü bildirim. Sizi tam əmin etmək istəyirəm ki, prokurorluq orqanları bundan sonra da daim Heydər Əliyev prinsiplərinə, dövlətə, dövlətçiliyə, öz xalqına xidmət edəcəkdir. Bir daha təşəkkür edirəm”.
Xatırladaq ki, Kamran Əliyev Prezident İlham Əliyevin təqdimatı əsasında mayın 1-də Milli Məclisdə keçirilən səsvermə nəticəsində 114 səslə Azərbaycanın yeni Baş Prokuroru seçilib.