Generalın oğluna yeni vəzifə verildi - Yenilənib

  • 21.11.2024, 12:30,
  • Siyasət
  • Baxılıb: 8
Generalın oğluna yeni vəzifə verildi - Yenilənib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni təyinat olub.

“Qanunyolutv.az” Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.

Rauf Qasımzadə daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Qeyd edək ki, Aydın Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib.
****

"Qanunyolutv.az" xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qurumun ştatında Penitensiar Xidmətin rəisinin müşaviri vəzifəsi yoxdur: “Rauf Qasımzadə Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi vəzifəsinə təyin edilib”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter