Saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verildi
- 27.06.2024, 11:00,
- Siyasət
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Daşkəsən Rayon İcra Hakimiyyətinin korrupsiyaya görə saxlanılan vəzifəli şəxsi məhkəməyə çıxarılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Daşkəsən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov barəsində qətimkan tədbiri seçilməsini tələb edib.
Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.
Qərara əsasən, Elman Məmmədov haqda vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla İcra Hakimiyyətinin ümumi şöbəsinin işçisi Yaqub Bayramov da saxlanılmışdı. Yaqub Bayramovdan izahat alındıqdan sonra sərbəst buraxılıb.Qeyd edək ki, Elman Məmmədov Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin yaxın kadrlarından biri kimi tanınır.