Astarada 40 yaşlı kişi ov tüfəngi ilə güllələndi - Yenilənib

  • 29.10.2023, 09:30,
  • Kriminal
  • Baxılıb: 1
Astarada 40 yaşlı kişi ov tüfəngi ilə güllələndi - Yenilənib

Oktyabrın 29-da saat 08:30 radələrində Astara rayonu Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Ə. P könüllü polisə təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.
****

Astara rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü P. Ə rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter