İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
- 25.04.2024, 19:00,
- Siyasət
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” - dövlət rəsmisi bildirib.
****
Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.
“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.