Prezident İlham Əliyev Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb."Qanunyolu.info.az" xəbər verir ki, sərəncamda qeyd olunur ki,Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alınır:
1. Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:
Bakı Apellyasiya Məhkəməsi üzrə:Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri
Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri
Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə:Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri
Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri
Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə:Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri
Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə:Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri
Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri