Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi - Yenilənib

  • 20.12.2023, 09:00,
  • Siyasət
  • Baxılıb: 1
Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildi - Yenilənib

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İlkin məlumata əsasən, mənimsənilən məbləğ 1 milyon manata yaxındır.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.
****

"Qanunyolutv.az" xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirdi ki, barələrində cinayət işi başlanılan şəxslər vəzifələrindən kənarlaşdırılıblar. V.Novruzovun sözlərinə görə, özü istintaqa ifadə verməyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter