Turan-Türk Dövlətləri Veteranlar Birliyi Qazaxstanda səfərdə

Turan-Türk Dövlətləri Veteranlar Birliyi Qazaxstanda səfərdə

23 oktyabr 2023-cü il tarixində Qazaxstan Respublikasının Almata şəhərində Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin TURAN-Türk Dövlətləri Birliyinin Veteranlarının 1-ci Beynəlxalq Forumu keçirildi.

Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan nümayəndə heyətləri iştirak etdilər. Türkiyə Cümhuriyyətini Qazaxstandakı səfirliyinin Baş konsulunun müavini Evren Müderrisoğlu Azərbaycan Diasporunin birinci müavini Allahverdi Məmmədov, AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov, Veteranlar polkovnik Mübariz Quliyev, polkovnik Qaçay Aslanov, kapitan Bəyanat Qasımov, Veteran Musa Əliyev, Türkiyə Muharib Qaziləri Dərnəyi Başqanı Beyazit Yumuk, Harp Malülü Gaziler- Şəhid, Dul və Yetimləri Dərnəyi Başqanı Mustafa lşık, Türkiyənin Baş Konsulunun müavini Evren Müderrisoğlu, Azərbaycanlıların Qazaxctan Respublikasında Diaspor Assosiasiyası Sədrinin birinci müavini Allahverdi Məmmədov Forumda iştirak etdilər.

TURAN -Türk Dövlətləri Veteranlar Biriliyinin yaradılmasının əhəmiyyəti məruzəçilər tərəfindən xüsusilə qeyd edildi TURAN-Türk Dövlətləri Birliyi Veteranlarının 1-ci Beynəlxalq Forumunda yekun Qətnamə qəbul olundu.

24 oktyabr 2023-cü il tarixində Turan-Türk Dövlətləri Veteranlar Birliyinin nümayəndə heyyəti Qazaxstana səfəri çərçivəsində Jambıl vilayətinin mərkəzi Taraz şəhərinin veteranları ilə görüş keçirdilər. Taraz şəhərinin girişində qonaqları Veteranlar və şəhər rəsmiləri qarşıladılar.

Sonra qonaqlar Qazax xanlığının yaranmasının 550 illiyinə həsr edilmiş xatirə kompleksini ziyarət etdilər. Kerey xan və Janibek xanın abidələri önündə xatirə şəkili çəkildi. Azərbaycandan AVMVİB-nin veteranlarına və Türkiyə veteranlarına Qazax xanlarının milli geyimləri üslubunda tikilmiş "Çapan" qonaqlara hədiyyə edildi.

"Xanın Qonaq evi" ndə Turan-Türk Dövlətləri Veteranları Birliyinin Azərbaycan, Türkiyə, Qazaxstan şərəfinə ziyafət verildi.



#BİZBİRLİKDƏGÜCLÜYÜK!

"Qanunyolutv.az" Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter