Deputatlar və icra başçısı Goranboyda Ulu Öndərin 100 illik tədbirində - Fotolar
- 11.04.2023, 16:00,
- Siyasət
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboyda “2023-cü il – Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, konfransda icra başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev və Əliabbas Salahzadə iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Sonra tədbir Olimpiya İdman Kompleksinin akt zalında davam etdirilib.
Konfransdan öncə Ümummilli Liderin mənalı ömür yoluna və dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş rəsm və kitab sərgisi nümayiş etdirilib, videoçarx izlənilib.
Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev, deputatlar Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev və RİH yanında ictimai şuranın sədri Gündüz Hacıyev Ümummilli Liderin öz xalqına həsr olunmuş mənalı ömür yolundan, fenomen şəxsiyyət və Ümummilli Lider kimi xilaskarlıq missiyasından, azərbaycançılıq ideologiyasından və dövlət idarəçiliyi ənənələrindən, şəhid, Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova isə Ümummilli Liderimizlə görüşü ilə bağlı unudulmaz xatirələrindən danışıblar. Sonda xatirə şəkli çəkdirilib.
