Mədət Quliyevə yeni müavin təyin olundu

  • 27.03.2023, 13:00,
  • Siyasət
  • Baxılıb: 7
Mədət Quliyevə yeni müavin təyin olundu

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.

Qeyd edək ki, 37 yaşlı Vüqar Musatafeyev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb.

2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə “PAŞA Holdinq” MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

Vüqar Mustafayev bu təyinatadək “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin Təftiş Komissiyalarının sədri olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter