Prezident başsağlığı verdi

  • 25.04.2020, 20:13,
  • Siyasət
  • Baxılıb: 16
Prezident başsağlığı verdi












Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:

“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.

Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynayıb. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter