55 müharibə iştirakçısı polisdə işə qəbul olundu
- 28.02.2023, 19:00,
- Siyasət
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib."Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə tapşırıqlarını verib.