Azərbaycan Türkiyəyə kömək göndərir - Prezidentdən tapşırıq
- 06.02.2023, 10:00,
- Siyasət
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə tapşırıq verib."Qanunyolutv.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Ölkə başçısının tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Əlavə məlumat veriləcək.
****
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək ikinci təyyarə də hazırlanır.“Qanunyolutv.az” AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda xüsusi təyyarə ilə Adana şəhəri hava limanına yola düşəcək.
