Elmir Vəliyevin yerinə yeni təyinat? - Açıqlama+Yenilənib

  • 22.04.2020, 00:18,
  • Siyasət
  • Baxılıb: 57
Elmir Vəliyevin yerinə yeni təyinat? - Açıqlama+Yenilənib












Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin Milli Məclisdən işdən çıxarılan oğlu Elmir Vəliyevin yerinə yeni təyinat olub.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərov təyin edilib.

Qeyd edək ki, Eldar İsmayıl oğlu Əsgərov ixtisasca hüquqşünasdır və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təltif olunub.

***

Milli Məclisin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sözügedən təyinatla bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

Bildirilib ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adı çəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter