Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
- 30.11.2022, 09:30,
- Siyasət
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.“Qanunyolutv.az” xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında tutulub. İlkin məlumata görə, ötən ay onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub.
Gültəkin Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.
Gültəkin Hacıbəyli hava limanında saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş.
****
Sabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.****
"Qanunyolutv.az" xəbər verir ki, Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov bildirib ki, xüsusi ittiham qaydasında şikayət edən şəxs Leyla Arif adlı vətəndaşdır. Belə ki, Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını əsas gətirərək barəsində şikayət edib.