İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - Fotolar+Video+Yenilənib
- 11.11.2022, 17:30,
- Siyasət
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 11-də Səmərqənddə Prezident İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşü olub.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.
****
Görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırıb.Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Dövlət başçısı qeyd edib ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək.
Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.