Tokayev Azərbaycanda - Fotolar + Yenilənib

  • 24.08.2022, 09:30,
  • Siyasət
  • Baxılıb: 27
Tokayev Azərbaycanda - Fotolar + Yenilənib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana rəsmi səfər edəcək.

“Qanunyolutv.az” xəbər verir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir, bunun nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Eyni zamanda Tokayev avqustun 19-u Soçiyə işgüzar səfər edəcək. Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq, Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri müzakirə olunacaq.
Tokayev Azərbaycanda - Fotolar + Yenilənib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Tokayev Azərbaycanda - Fotolar + Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter