Tokayev KTMT-yə üzv dövlətlərin liderləri ilə danışdı - Yenilənib

  • 13.01.2022, 14:30,
  • Dünya
  • Baxılıb: 43
Tokayev KTMT-yə üzv dövlətlərin liderləri ilə danışdı - Yenilənib

Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Tərəflər söhbət zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının Qazaxıstandan razılaşdırılmış şəkildə çıxarılmasının başlanmasını müzakirə ediblər.

Eyni zamanda, Tokayev həmkarına KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin effektiv fəaliyyətini nəzərə alaraq ölkədə asayişin bərpası üzrə tədbirlər barədə məlumat verib.
****

Tokayev, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. İki ölkə lideri Qazaxıstanda KTMT sülhməramlı missiyasının başa çatması prosesinin başlaması barədə fikir mübadiləsi aparıblar.
****

Belarus və Qazaxıstan Prezidentləri arasında da telefon danışığı olub. Tokayev Aleksandr Lukaşenkonu ölkədə vəziyyətin sabitləşdirilməsi üçün görülən tədbirlər barədə məlumatlandırıb.

Tokayev, həmçinin öz dəstəyinə görə belaruslu həmkarına təşəkkür edib. Bununla yanaşı, Prezidentlər bir sıra digər məsələləri də müzakirə ediblər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter