Milli Məclisə növbədənkənar seçkilərin - Təqvim planı

Milli Məclisə növbədənkənar seçkilərin - Təqvim planı


Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.
Qanunyolu.info.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov bildirib ki, prezident İlham Əliyevin 5 dekabr tarixli sərəncamına əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2020- ci ilin fevralın 9-da keçiriləcək. Təqvim Planına əsasən, namizədlərin irəli sürülməsi prosesi də artıq başlanıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.
Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək MSK-ya təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter