İlham Əliyev Gürcüstan və Albaniya Prezidentləri ilə görüşdü - Yenilənib
- 16.06.2022, 13:30,
- Siyasət
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 16-da Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.“Qanunuyolutv.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edilib.
****
Prezident İlham Əliyev, həmçinin Albaniya Prezidenti İlir Meta ilə görüşüb.Görüşdə Albaniya Prezidenti Bakı şəhərində inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi və son səfərindən keçən dövrdə Azərbaycan paytaxtının daha da gözəlləşdiyinin şahidi olduqlarını deyib. Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Prezident İlir Meta işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulayıb. Albaniya və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu deyən İlir Meta gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini məmnunluqla bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirib. Dövlət başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdi və vurğuladı ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.
İşğaldan azad edilmiş ərazilərimizdə dağıntıların miqyasının çox böyük olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, xarici jurnalistlər, siyasətçilər və digər rəsmi şəxslər həmin ərazilərə səfər edərək bunun şahidi olurlar. Azərbaycanın mina problemi ilə üzləşdiyini deyən dövlətimizin başçısı indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını vurğulayıb.
Söhbət zamanı iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan başqa, Prezident İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşüb.
