Sahibə Qafarova ABŞ səfiri ilə bir araya gəldi

  • 06.06.2022, 17:00,
  • Siyasət
  • Baxılıb: 31
Sahibə Qafarova ABŞ səfiri ilə bir araya gəldi

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger ilə görüşüb.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilir.

Məlumata əsasən görüş zamanı Sahibə Qafarova xüsusilə, enerji təhlükəsizliyi, ABŞ-ın Azərbaycanın təşəbbüskarı olduğu regional enerji layihələrinin həyata keçirilməsi istiqamətindəki dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlığı qeyd edib.

Söhbət zamanı spiker parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışaraq, bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif formatlarda mütəmadi görüşlər keçirilir. Azərbaycan yalnız federal səviyyədə deyil, ABŞ ştatlarının qanunverici orqanları ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yaranmış yeni vəziyyət barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır: “Ölkəmizin Vətən müharibəsində qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi regionda yeni reallıqlar yaradıb. Azərbaycan ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. İnanırıq ki, iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, region ölkələrinin inkişafına yeni təkan verəcəkdir”.

Səfir Örl Litzenberger Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bu sahədə parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin faydalı olacağından danışıb.
Sahibə Qafarova ABŞ səfiri ilə bir araya gəldi

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter