Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 25 milyon manat ayırdı
- 05.05.2022, 14:30,
- Siyasət
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.“Qanunyolu.info.az” xəbər verir ki, Sərəncamda deyilir:
“1. Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.