Prezident xanımı ilə Rusiyaya getdi - Fotolar+Video
- 21.02.2022, 18:00,
- Siyasət
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiyaya rəsmi səfərə gedib.“Qanunyolu.info.az” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib.