Türkiyə Azərbaycana başsağlığı verdi - Yenilənib

  • 30.11.2021, 14:20,
  • Siyasət
  • Baxılıb: 41
Türkiyə Azərbaycana başsağlığı verdi - Yenilənib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

“Qanunyolu.info.az” xəbər verir ki, nazirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi xəbəri bizi kədərləndirdi. Bu faciəli hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr diləyirik”.
****

Türkiyənin Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib.

Türkiyə XİN-in rəsmi saytında paylaşılan məlumatda deyilir: “Azərbaycanın Xızı rayonundakı Qaraheybət poliqonunda təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması, qəzada şəhidlərin və yaralananların olduğu xəbəri bizi kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.
****

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı: “Qardaş Azərbaycanda hərbi təlimdə helikopter qəzası nəticəsində şəhid və yaralıların olması bizi dərindən kədərləndirdi. Hərbi təlim zamanı dünyasını dəyişənlərin ailələrinə, silahdaşlarına və qardaş Azərbaycan xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.
****

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop: “Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Azərbaycan xalqına başsağlığımı çatdırıram”.
****

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın: “Qardaş Azərbaycan ordusuna məxsus hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğramasını böyük kədər hissi ilə öyrəndim. Bu kədərli qəzada şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bir millət, iki dövlətin başı sağ olsun”.
****

Türkiyənin vitse-prezidenti Fuat Oktay:“Bu gün baş verən kədərli helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Can Azərbaycan xalqına və hökumətinə başsağlığımı çatdırıram”.
****

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun: “Azərbaycanın Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Azərbaycanın kədəri Türkiyənin kədəridir. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter