Prezident onlara da yeni vəzifə verdi
- 29.11.2019, 17:58,
- Siyasət
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.
Qanunyolu.info.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, PA-nın yeni şöbə müdirləri arasında tanınmış simalar da var.
Belə ki, Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, ötən ay İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov isə Administrasiyanın Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.