Prezident Bağdad Amreyevi qəbul etdi - Fotolar
- 05.11.2021, 12:00,
- Siyasət
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
****
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qarşıdakı Zirvə görüşünə toxunularaq bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilib və 2019-cu ildə Azərbaycanın sədrliyi ilə bu Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
Baş katib Bağdad Amreyev, ilk növbədə, dövlət başçısını Zəfər Günü münasibətilə təbrik edib, bu Qələbədən yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının şərəf hissi duyduğunu vurğulayıb.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Dövlət başçısı Vətən müharibəsi zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və şəxsən Baş katib Bağdad Amreyevin Azərbaycanın haqq işinə verdiyi dəstəyi yüksək qiymətləndirib.