Prezident çexiyalı həmkarını təbrik etdi
- 27.10.2021, 15:20,
- Siyasət
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib."Qanunyolu.info.az" xəbər verir ki, mətndə deyilir:"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Çexiya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".