Mehriban Əliyeva naməlum əsgərin məzarını ziyarət etdi - Fotolar
- 21.11.2019, 18:02,
- Siyasət
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+


Rusiyada rəsmi səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
Qanunyolu.info.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.
Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.
Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.



