Xəstəxananın baş direktoruna cinayət işi açıldı
- 26.08.2021, 11:00,
- Siyasət / Səhiyyə / Kriminal
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.“Qanunyolu.info.az”-ın Trend-ə istinadən məlumatına görə, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Prosesə hakim Aqil Musayev sədrlik edəcək.
Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.