Sahil Babayev serbiyalı nazirlə görüşdü - Fotolar

Sahil Babayev serbiyalı nazirlə görüşdü - Fotolar

Azərbaycanda səfərdə olan Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev arasında görüş olub.

“Qanunyolu.info.az” xəbər verir ki, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Azərbaycan-Serbiya əlaqələrinin strateji xarakter daşıdığını, iki ölkənin dövlət başçılarının bu əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını vurğulayıb.
Sahil Babayev serbiyalı nazirlə görüşdü - Fotolar

2013-cü ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əlaqələrin inkişafına imkan yaratdığını deyib. Ticarət və iqtisadi əməkdaşlığın yüksələn xətlə davam etdiyini, ticarət dövriyyəsində ildən-ilə artımın olduğunu, 2021-ci ilin yanvar-may aylarında da bu artımın 55,39 faiz təşkil etdiyini qeyd edib.
Sahil Babayev serbiyalı nazirlə görüşdü - Fotolar

D.K.Tepavçeviç Serbiyanın Azərbaycana olan dost münasibətini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olmasının məmnunluq doğurduğunu vurğulayıb.

Görüşün yekunu olaraq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Sahil Babayev serbiyalı nazirlə görüşdü - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter