Xalidə Bayramova işdən çıxarıldı
- 06.05.2021, 17:30,
- Siyasət
Baxılıb: 72
Facebook
Вконтакте
Одноклассники
Google+
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb."Qanunyolu.info.az" xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.
O bildirib ki, Xalidə Bayramova icra başçısı Vüqar Zeynalovun əmri ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Xalidə Bayramova 2007-ci ildən etibarən Səbail Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsini icra edirdi.
Bu məqamda bildirək ki, ötən gün “Qanunyolu.info.az”-da “Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?” başlıqlı yazı dərc olunub. Sözügedən məqalədə Xalidə Bayramovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı faktlar yer alıb.