27 saylı poliklinikanın ərazisi satılıb?

27 saylı poliklinikanın ərazisi satılıb?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikası bir neçə ildir yararsız vəziyyətdə qalıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, 27 saylı poliklinikanın həyəti hasarlanıb və yanında çoxmərtəbəli bina tikilib. Sakinlər iddia edirlər ki, poliklinikanın yerləşdiyi ərazi satılıb. Onun da yerində yaxın vaxtlarda ya bina inşa olunacaq, ya da həmin ərazinin hesabına yeni tikilinin həyəti genişləndiriləcək.
27 saylı poliklinikanın ərazisi satılıb?

Şikayətçilərin sözlərinə görə, 2018-ci ildən bəri təmir adı ilə bağlanan tibb müəssisəsinin başqa yerə köçməsi sakinlərin işini çətinləşdirib. Xüsusən, yaşlı insanlar ərazi baxımdan daha hündürdə yerləşən, 27 saylı poliklinikanın müvəqqəti olaraq köçdüyü 9 saylı poliklinikaya qalxa bilmədiklərini deyirlər.

Sözügedən ittihamlarla bağlı Baş Səhiyyə İdarəsinə müraciət etdik və bu cavabı aldıq: “27 saylı Şəhər Poliklinikası 9 saylı Şəhər Poliklinikasının ərazisinə köçürülüb. Bina istifadəyə yararsız vəziyyətdə olduğuna görə əsaslı təmir üçün aiddiyyəti üzrə məlumat verilib. Əsaslı təmirin aparılması barədə qərar qəbul edilib”.
27 saylı poliklinikanın ərazisi satılıb?
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter