“Bəxt üzüyü”nün Sedası dünyasını dəyişdi

“Bəxt üzüyü”nün Sedası dünyasını dəyişdi

Müğənni Firəngiz Rəhimbəyova vəfat edib.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə APA-ya rejissor Namiq Şirəlibəyov məlumat verib.

Onun sözlərinə görə, aktrisa ürək tutmasından vəfat edib.

Qeyd edək ki, 62 yaşında dünyasını dəyişən Firəngiz Rəhimbəyova ABŞ-da yaşayırdı.

O, Bəxt üzüyü filmində Sevda obrazı ilə yadda qalıb.

Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.
“Bəxt üzüyü”nün Sedası dünyasını dəyişdi

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyova daha çox "Bəxt üzüyü" filmindəki Seda rolu ilə məşhurluq qazanıb.

1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.
“Bəxt üzüyü”nün Sedası dünyasını dəyişdi


Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter