Qardaşını öldürən şəxslə bağlı açıqlama

  • 19.03.2021, 10:15,
  • Kriminal
  • Baxılıb: 41
Qardaşını öldürən şəxslə bağlı açıqlama

Bakıda 52 yaşlı qardaşını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən Elçin Camalov saxlanılıb.

Nəsimi rayon prokurorluğundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter