Yaşlı insanların təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı
- 01.03.2021, 11:20,
- Kriminal
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
İyirmidən çox şəxsin etibarından sui-istifadə edərək bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manatı ələ keçirib. Bu barədə kart sahibi polisə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.Qeyd edək ki, R.Orucovdan əsasən ahıl yaşlı şəxslər təqaüd kartlarından pul çıxarılması üçün kömək istəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Ramil Orucovun Suraxanı rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.
