Gecə 12-dən sonra işləyən “Şirin Həyat”ın müştəriləri cərimələndi
- 19.02.2021, 14:05,
- Kriminal
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatalada karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb.DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.
Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.