30-dan artıq evdən oğurluq etdilər

  • 15.02.2021, 13:55,
  • Kriminal
  • Baxılıb: 32
30-dan artıq evdən oğurluq etdilər

Suraxanı rayonunda 30-dan artıq evdən oğurluq edən dəstə üzvləri saxlanılıblar.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Bülbülə qəsəbəsi sakini olan bir nəfərin evindən oğurluq edilib.

Zərərçəkən ərazi üzrə Suraxanı RPİ 31-ci Polis Bölməsinə bu barədə məlumat verərək mənzilindən 7 min manat dəyərində 1 ədəd televizorun, kombi aparatının, eləcə də digər məişət əşyalarının oğurlandığını bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər – Sadiq Şəfiyev, Elşən Məmmədov, Canəli Mustafayev, Kəmalə Mustafayeva, Habil Nağıyev və Həsən Abbasov saxlanılıblar. Onların Suraxanı, eləcə də paytaxt və respublikanın digər rayonlarından ümumilikdə 30-dan çox evdən əsasən məişət əşyaları oğurladıqları məlum olub.

Faktlarla bağlı 31-ci PB-də toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter