Səsgücləndiricilərin içərisində narkotik keçirmək istədi - Video
- 13.02.2021, 13:20,
- Kriminal
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədən Azərbaycana narkotik və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə gətirmək istəyən şəxs saxlanılıb.Dövlət Gömrük Komitəsindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89, 679 qram olan narkotik vasitə - kokain aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, MDMA (metilendioksimetamfetamin) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır.