Keçmiş məhkumda narkotik aşkar edilib
- 28.01.2021, 08:05,
- Kriminal
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin (QBRŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib.Bu barədə "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Onun üzərinə baxış keçirilən zaman təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik torabada, təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.
A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.