Ayaqqabısında qızıl sikkələr keçirən şəxs saxlanıldı - Video

  • 23.01.2021, 15:10,
  • Kriminal
  • Baxılıb: 42
Ayaqqabısında qızıl sikkələr keçirən şəxs saxlanıldı - Video

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə xeyli miqdarda qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub.

DGK-dən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirilib ki, ərhal yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb. Müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən Tural Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb və o Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub.

Aparılan şəxsi yoxlama zamanı Bayramov Tural Fikrət oğlunun geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib.

Sikkələrin ümumi çəkisi 677 qram olub.

Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter