Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı - Fotolar

  • 04.01.2021, 13:40,
  • Kriminal
  • Baxılıb: 56
Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı - Fotolar

Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib. RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.
Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı - Fotolar

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini, Yusif Yusifovun da müvafiq sənədləri olmadan, “İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.
Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı - Fotolar

Faktlarla bağlı araşdırmalar davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter