Tanışını bıçaqlayan gənc tutuldu

  • 29.10.2020, 09:50,
  • Kriminal
  • Baxılıb: 20
Tanışını bıçaqlayan gənc tutuldu

Oktyabrın 27-də saat 22 radələrində Şabran rayon sakini 1991-ci il təvəllüdlü Qasımov Rəşad Sücaəddin oğluna çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Şabran rayon prokurorluğundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, araşdırmalarla zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Abbasov Araz Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Rəşad Qasımovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Araz Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter