Ölkəyə qanunsuz gətirilən 5 minə yaxın siqaret aşkarlandı - Foto
- 08.09.2020, 08:20,
- Kriminal
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Renault Premium" və "Mercedes Benz" markalı nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4800 ədəd müxtəlifmarkalı siqaret aşkar edilib.