“Müsavat”ın binasına girən dəstə üzvləri saxlanıldı - Video
- 02.09.2020, 16:00,
- Kriminal / Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Binəqədi rayonunda “Müsavat” partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar. DİN-dən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, hər biri əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri - Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov tutulublar. Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.