“Müsəlman qardaşları” təşkilatının liderlərindən biri həbsdə öldü

  • 13.08.2020, 20:00,
  • Kriminal
  • Baxılıb: 11
“Müsəlman qardaşları” təşkilatının liderlərindən biri həbsdə öldü

Misirdə “Müsəlman qardaşları” təşkilatının liderlərindən biri İsam əl-Aryan həbsxana kamerasında dünyasını dəyişib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Al-Masry Al-Youm” nəşri xəbər verib.

Məlumata əsasən, əl-Aryan kamera yoldaşı ilə mübahisədən sonra ürəktutmasından 66 yaşında vəfat edib.

2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılanadək əl-Aryan onun məsləhətçisi, “Müsəlman qardaşları” hərəkatının siyasi qanadı olan “Azadlıq və ədalət” Partiyası rəhbərinin müavini olub.

Demək olar ki, “Müsəlman qardaşları”nın bütün liderləri həbsxanadadır - onlar dövlət dayaqlarını pozmaqda, ölkədə xaos yaratmağa cəhddə, polis məntəqələrinə, dövlət idarələrinə hücumların planlaşdırılmasında ittiham olunurlar.

2013-cü ildə hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan 68 yaşlı Mursi 2019-cu ilin iyununda casusluq işi üzrə məhkəmə iclası zamanı vəfat edib. Misir hakimiyyətinin məlumatına görə, ölüm infarkt nəticəsində baş verib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter