Dayısını sakitləşdirməyə gəldi, vurub öldürdü - Tovuzdakı qətlin təfərrüatı
- 18.07.2020, 14:50,
- Kriminal
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən Tovuz rayonu Yuxarı Öysüzlü kəndində baş verən qətlin təfərrüatları məlum olub."Qanunyolu.info.az", "Qafqazinfo"nun əldə etdiyi məlumata istinadən, kənd sakini Mahmud Əsgərovu bıçaqlayaraq öldürən Vüqar Səfərov mərhumun bacısı oğludur.
Belə ki, Mahmud Əsgərov onun evinə gəlib bildiriş yazan "Azərişığ"ın əməkdaşına əsəbiləşib. Həmin vaxt M.Əsgərovun içkili olduğu bildirilir. M.Əsgərov yaba ilə "Azərişıq" əməkdaşının avtomobilə hücum edib və maşına ciddi ziyan vurub. "Azərişıq" əməkdaşı hadisə yerindən uzaqlaşdıqdan sonra ə, M.Əsgərovun bacısı oğlu V.Səfərov dayısını sakitləşdirməyə gəlib. Bu zaman dayısı oğlu bacısı oğlunu söyüb və nəticədə V.Səfərov bıçaqla onu ürəyindən vurub. M.Əsgərov hadisə yerində keçinib.
Qeyd edək ki, V.Səfərov polis tərəfindən saxlanılıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.