Marketin yanında mübahisə etdilər, biri bıçaqlandı

  • 02.05.2020, 01:55,
  • Kriminal
  • Baxılıb: 17
Marketin yanında mübahisə etdilər, biri bıçaqlandı












Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aprelin 26-sı axşam radələrində 12-ci mikrorayonda yerləşən “Səməd” adlı marketin arxasında Elxan Rüstəmov adlı şəxs Ramil Cəlilovun ünvanına nalayiq söyüş söyüb. Bu səbəbdən onların arasında mübahisə yaranıb və E. Rüstəmov R. Cəlilova 4 dəfə bıçaq zərbəsi vurub.

R. Cəlilov təcili tibbi maşını vasitəsilə Sumqayıt Şəhər Xəstəxanasına aparılıb.

Cinayət işi başladılıb və hadisəni törətməktə təqsirkar bilinən E. Rüstəmov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub. Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter