Daha bir qadın estetik əməliyyatdan sonra öldü - Yenilənib
- 07.08.2026, 14:30,
- Kriminal / Səhiyyə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər Nəsimi rayonu ərzisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib.“Qanunyolutv.az” xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.
Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah
Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.
Qeyd edək ki, daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bunlar 1989-cu il təvəllüdlü
Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyevadır. Hər iki qadının Seymur Məmmədov tərəfindən
“Etalon” klinikasında əməliyyat ediləndən sonra öldüyü bildirilib.
****
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən cavab olaraq bildirilib ki, Yasamal rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 08.12.2025-ci il tarixli qərarına əsasən Məmmədov Seymur İlqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə müvafiq olaraq (qanunla müəyyən edilmiş qaydada sertifikasiya şəhadətnaməsi olmadığına görə) cərimə tətbiq olunması barədə qərar qəbul edilib.
Yanvar ayında Analitik Ekspertiza Mərkəzi tərəfindən ŞAMA MMC-yə məxsus “Kəpəz” Hospitalda plandankənar yoxlama keçirilib və tərtib inzibati xəta haqqında protokola əsasən yenidən Məmmədov Seymur İlqar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə müvafiq olaraq (qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadığına görə) cərimə tətbiq olunması barədə qərar qəbul edilib.
Əlavə olaraq bildiririk ki, Seymur Məmmədovun adı Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almır.Bu səbəbdən onun plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərmək və plastik cərrahiyyə əməliyyatları icra etmək hüququ yoxdur.
Həmin şəxs ümumi cərrah ixtisası üzrə 26.12.2030-cu il tarixinədək qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malikdir və yalnız bu ixtisas üzrə praktik tibb fəaliyyəti göstərə bilər.
****
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı araşdırılır.
