Tiktoker Müjgan həbs edildi
- 31.07.2026, 21:41,
- Kriminal
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Tiktoker Müjgan həbs edilib.“Qanunyolutv.az” xəbər verir ki, 1992-ci il təvəllüdlü Müjgan Əziz qızı Məmmədzadə Sabunçuda polis əməkdaşları tərəfindən saxlanılıb.
Cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai mənəviyyata zidd əməllərə görə onun barəsində inzibati protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə tərtib edilən protokol rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Müjgan Məmmədzadə 10 sutkalıq inzibati həbs edilib.